Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vadim Vasilyev mayın 9-dək fizioterapiyanı davam etdirəcək

Mayın 9-na qədər fizioterapiya davam edəcək...

Bunu “Report”a açıqlamasında bir müddət əvvəl insult keçirən Azərbaycan millisinin keçmiş futbolçusu Vadim Vasilyev deyib.

51 yaşlı hücumçu “Liv Bona Dea”da müalicəni davam etdirir: “Hər gün fizioterapiyaya gedirəm. Səhər 11:00-da xəstəxanaya yollanıram, müalicə 1-2 saat çəkir. Müxtəlif hərəkətləri təkrarlayıram. Evə qayıtdıqdan sonra da fizioterapiyanı davam etdirirəm. Əks halda sağalmağım mümkün deyil”.

Veteran futbolçu səhhətində yaxşıya doğru irəliləyişlər olduğunu bilirib: “Müalicəyə başladıqdan sonra səhhətimdə irəliləyişlər hiss edirəm. Çox fərq var”.

Vasilyev “Neftçi” azarkeşlərinin və futbol adamlarının onunla maraqlandıqlarını söyləyib: “Neftçi”nin azarkeşləri dəstək üçün gəlmişdilər. Maraqlanırlar, zəng vururlar. Bildiyiniz kimi, müalicəmi Heydər Əliyev Fondu öz üzərinə götürüb”.

Azərbaycan yığmasının sabiq üzvü müalicənin nə vaxta qədər davam edəcəyi ilə bağlı sualı cavablandırıb: “Mayın 9-na qədər fizioterapiya davam edəcək. Daha sonra həkimlərin qərarına uyğun addımlar atacağam”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

“Bakının İrəvana göndərdiyi 10-cu paketdə hansı tələblər var?" 

Ən çox oxunanalar