Brexit-in ideoloqu və islahat tərəfdarı Farac parlament seçkilərində ilk mandatını qazanıb...
Brexit-in ideoloqu və Böyük Britaniyanın “İslahat” Partiyasının lideri Naycel Farac bu ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə görə ilk dəfə olaraq Britaniya parlamentində mandat qazanıb.
Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi İngiltərənin şərqindəki Klakton-on-Sea seçki dairəsinin nəticələrinə istinadən məlumat yayıb.
Bu, 60 yaşlı Faracın Britaniya parlamentinə daxil olmaq üçün səkkizinci cəhdidir. Farac ilk dəfə 1994-cü ildə əlavə seçkilərdə parlament mandatı uğrunda mübarizə apararaq cəmi 1,7% səs toplayıb.
Bir gün əvvəl Britaniyanın sağçı populist “Reform UK” partiyasının rəhbəri Naycel Farac ona qarşı Rusiya ilə iddia edilən əlaqələri əsassız adlandırıb.
Farac həmçinin münaqişənin həlli üçün Rusiya və Ukrayna arasında danışıqlara ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, istənilən münaqişə ya dağıntılarla, ya da danışıqlarla başa çatır, ona görə də danışıqlar olduqca vacibdir.
Poliqon.info