Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban Zelenski ilə danışıqlardan sonra Moskvada Putinlə görüşəcək

Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə Financial Timesnəşri bir macar və iki avropalı rəsmiyə istinadən məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Macarıstanın baş nazirinin Moskvaya səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edərək bildirib ki, Vladimir Putinin cümə günü planlaşdırılan “çox məşğul qrafiki” var.

FT Viktor Orbanın MoskvaKiyev arasında danışıqlarda vasitəçi kimi çıxış etmək niyyətində olduğunu bildirib.

“Məncə, onun strategiyası hər iki tərəfi dinləməkdir”, deyə qəzetin mənbələrindən biri bildirib.

Macarıstanlı jurnalist Szabolcs Pani X hesabında bildirib ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto Viktor Orbanla birlikdə Moskvaya gedəcək.

Avropa Şurasının rəhbəri Çarlz Mişel X hesabında yazıb ki, Macarıstanın Aİ adından Rusiya ilə danışıqlar aparmaq səlahiyyəti yoxdur.

“Ukrayna ilə bağlı heç bir danışıqlar Ukraynasız baş tuta bilməz”, deyə Mişel əlavə edib.

Qdyd edək ki, iyulun 1-dən Macarıstan altı ay müddətinə Aİ Şurasına sədrlik edir. İyulun 2-də Viktor Orban Kiyevə gəlib. Vladimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Orban bildirib ki, Macarıstanın Aİ Şurasına sədrliyi dövründə Ukraynada sülhün təmin olunması məsələsi növbəti altı ay ərzində əsas məsələ olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar