Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS lideri: İsrail ABŞ-ın İrana qarşı müharibədə iştirakını istəyir...

İsrail ABŞ-ın İrana qarşı müharibədə iştirakını istəyir...

Poliqon xəbər verir ki, bunu HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

HƏMAS liderinin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzadakı müharibəni bitirmək istəmir, lakin onun əhatə dairəsini genişləndirmək niyyətindədir ki, regional xarakter alsın.

"Eyni şəkildə o, amerikalıların istənilən cəbhədə, xüsusən də İrana qarşı müharibədə iştirakını və ya İsrailə xidmət edən hərbi qanad olmasını istəyir", deyə Haniyə bildirib.

Amerika mətbuatının məlumatına görə, cümə günü gecə İsrail İrandakı hədəflərə məhdud cavab zərbəsi endirib. Partlayışların İsfahan şəhəri yaxınlığında baş verdiyi bildirilir.

İranın dövlət agentliyi IRIB bəyan edib ki, ölkənin bir sıra əyalətlərində hava hücumundan müdafiə sistemləri pilotsuz təyyarələrin yaxınlaşması nəticəsində işə düşüb. "Tasnim" xəbər verir ki, İsfahan əyalətindəki nüvə obyektləri tamamilə təhlükəsizdir.

Xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsfahan üzərində vurulan pilotsuz təyyarələrin heç bir zərər vermədiyini qeyd edərək, İsrailyönlü medianı hücumun nəticələrini şişirtməyə çalışmaqda ittiham edib.

Zərbə İranın İsrailə genişmiqyaslı raket hücumundan təxminən bir həftə sonraya təsadüf edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar