Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun Ukraynaya qoşun göndərməklə bağlı sözləri ABŞ rəsmilərini qəzəbləndirib

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbçilərin göndərilməsi ilə bağlı sözləri Amerika rəsmilərini qəzəbləndirib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbəyə istinadən yazıb.

"Mübahisə doğuran şərh Almaniya kansleri Olaf Şoltsun ​​sürətli və çox ictimai qınaqına səbəb olub və ABŞ rəsmilərini qəzəbləndirib. Onlar özəl olaraq bu addımın hətta Moskva ilə toqquşmaya səbəb ola biləcəyini söyləyirlər", deyə agentlik adı açıqlanmayan rəsmiyə istinadən qeyd edib.

Makron fevral ayında bildirmişdi ki, Avropanın NATO ölkələri Ukraynaya qoşun yeridə bilər. Onun sözlərinə görə, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər, hələlik konsensus əldə olunmayıb, lakin heç nəyi istisna etmək olmaz.

Makronun sözləri Almaniya da daxil olmaqla bir sıra NATO tərəfdaşları, eləcə də Fransanın özündəki siyasi qüvvələr tərəfindən kəskin tənqid edilib.

Bundan sonra Rusiya lideri Vladimir Putin bunun "qırmızı xətti" keçmək olacağını bildirib və nüvə hücumu ilə hədələyib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov isə deyib ki, Makron ABŞ-ı razı salmaq və NATO müttəfiqlərini təxribata çəkmək üçün Ukraynaya mümkün qoşun göndərilməsindən danışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Ən çox oxunanalar