Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Görünən odur ki, Berlin danışıqlarda ciddi irəliləyiş olmayıb...

Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki günlük danışıqları başa çatıb...

Kamran Məmmədli: “Almaniyada baş tutan bu görüş Qarabağ münaqişəsinin bitməsindən sonra tərəflər arasında keçirilən ilk Berlin formatlı görüş oldu”.

“Almaniya digər Avropa ölkələrinə nisbətdə Azərbaycana qarşı neytral olmağa çalışan ölkələr arasındadır. Bunu hətta prezident İlham Əliyev də son çıxışında vurğuladı”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli AzərbaycanErmənistan xarici işlər nazirlərinin Berlin görüşünün nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Almaniyada AzərbaycanErmənistan xarici işlər nazirlərinin iki günlük danışıqları başa çatıb. Danışıqların nəticələri barədə məlumat verilməsə də bəzi siyasi şərhçilər bu danışıqlarda ciddi irəliləyişin olmadığını vurğulayırlar.

Ümumilikdə, Almaniyada baş tutan bu danışıqları necə dəyərləndirmək olar və danışıqların baş tutması belə uğur hesab oluna bilərmi?

AzərbaycanErmənistan XİN rəhbərlərinin son görüşünü Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Danışıqların özü belə sülh üçün bir addımdır və uğur sayıla bilər”.

Almaniyada baş tutan bu danışıqların baş tutması, iki ölkə arasında dialoqun davam etməsi və sülh prosesinin dayanmaması üçün müsbət bir addım olduğunu vurğulayan siyasi-şərhçi Poliqon-a açıqlamasında qeyd edib ki, danışıqlar tərəflərin bir-birini daha yaxşı anlamağa, mövqelərini bölüşməyə və ortaq həll yolları tapmağa imkan yaradır:

“Almaniyada baş tutan bu görüş Qarabağ münaqişəsinin bitməsindən sonra tərəflər arasında keçirilən ilk Berlin formatlı görüş oldu. Bildiyiniz kimi, bundan əvvəl Moskva, Brüssel və Vaşinqton formatlarında görüşlər aparılmışdır. Hesab edirəm ki, görüşün Almaniyada keçirilməsində əsas məqsəd, Azərbaycanı razı salmaq idi. Çünki Almaniya digər Avropa ölkələrinə nisbətdə Azərbaycana qarşı neytral olmağa çalışan ölkələr arasındadır. Bunu hətta prezident İlham Əliyev də son çıxışında vurğuladı.

O ki qaldı, bu danışıqların nəticələrinə, görünən odur ki, danışıqlarda ciddi irəliləyiş olmayıb. Ancaq əlbətdə, danışıqların özü belə sülh üçün bir addımdır və uğur sayıla bilər. Lakin Ermənistan anlamalıdır ki, sülh prosesinə əngəl yaradan və bizə qeyri-adekvat tələblər irəli sürən məhz onların özüdür. Ermənistanın daha konstruktiv və realist olması lazımdır. Bu prosesin yubadılmasında günahı da özündə axtarmalıdır.

Ümumilikdə, Almaniyada baş tutan bu danışıqların baş tutması, iki ölkə arasında dialoqun davam etməsi və sülh prosesinin dayanmaması üçün müsbət bir addımdır. Belə ki, danışıqlar tərəflərin bir-birini daha yaxşı anlamağa, mövqelərini bölüşməyə və ortaq həll yolları tapmağa imkan yaradır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Arıqlamağın yeni metodu: "30-30-30" - Niyə bu qədər populyardır?

AVRO-2024: Günün ikinci 1/8 final görüşü başlayıb

Ən çox oxunanalar