Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Poliqon.info-a verilən məlumata görə, rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub.

Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalarda olan pulu, telefon danışıq kartlarını və dəyəri 1 000 manatdan yuxarı olan tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıb.

Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

Ən çox oxunanalar