Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişel müdafiə komissarı postunun yaradılmasına qarşı çıxıb

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Komissiyasına yalnız müdafiə məsələləri ilə məşğul olacaq yeni komissar postunun yaradılmasını lüzumsuz hesab edir.

Poliqon xəbər verir ki, o, bununla bağlı fikirlərini Corriere della Sera qəzetinə müsahibəsində bölüşüb.

Şarl Mişel qeyd edib ki, Avropa Komissiyasında artıq sənaye və müdafiə komissarı fəaliyyət göstərir. Söhbət digər məsələlərlə yanaşı daxili bazarda müdafiə sənayesinə cavabdeh olan Tyerri Bretondan gedir.

"Bundan başqa, müdafiə üzrə Lissabon Müqaviləsi Ali Nümayəndəyə (Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə) çox aydın rolu nəzərdə tutur. Əgər kimsə müqavilənin dəyişdirilməsi təklifi ilə çıxış edərsə, üzv dövlətlərin dəstəyi tələb olunacaq", deyə deyə Avropa İttifaqı Şurasının rəhbəri izah edib.

O, həmçinin əlavə edib ki, regional ictimaiyyətin ümumi müdafiə sisteminə ehtiyacı var. Şarl Mişel bildirib ki, bu, ortaq maraqların dəyərlərini dəstəkləmək üçün nəzərdə tutulub.

Fevralın 15-də Politico qəzeti mənbələrə istinadən yazıb ki, Avropa İttifaqı (Aİ) yeni vəzifə - müdafiə komissarı yaratmağı nəzərdən keçirir. Onun assosiasiyaya üzv ölkələrin müdafiə siyasətinin iqtisadi aspektlərinə nəzarət edəcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay