Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Trampla transatlantik ticarət müharibəsinə hazırlaşır

Avropa Donald Tramp yenidən prezident olacağı təqdirdə onunla transatlantik ticarət müharibəsinə hazırlaşır...

Poliqon xəbər berur ki, bu barədə "Bloomberg" yazıb.

"Avropa İttifaqı Donald Trampın prezidentliyinin necə olacağına dair rəsmi qiymətləndirmə üzərində işləyir. Tramp ABŞ seçkilərində qalib gələrsə, bloka zərbə vuracaq istənilən ticarət tədbirlərinə necə cavab verməyi planlaşdırır", deyə nəşrin müəllifləri qeyd edib.

Əvvəllər "Bloomberg" Trampın komandasının 10%-lik ümumi minimum ticarət tarifinin tətbiqi də daxil olmaqla, Aİ-yə qarşı potensial hərəkətlərin siyahısını formalaşdırdığını yazmışdı.

Trampın qeyri-rəsmi iqtisadi məsləhətçilərindən biri deyib ki, keçmiş prezident Aİ dövlətlərini ABŞ maraqlarına uyğun hərəkət etməyə məcbur etmək üçün danışıqlarda taktiki olaraq ticarət və tariflərdən istifadə edir. Tramp NATO müttəfiqlərindən hərbi ehtiyaclar üçün daha çox pul ayırmağı tələb edəndə bu, açıq şəkildə özünü büruzə verib. Trampın qeyri-rəsmi məsləhətçisinin sözlərinə görə, çox şey Avropa İttifaqının Amerika mallarına tarifləri azaltmaq üçün nə etməsindən asılı olacaq.

Trampın prezidentliyi dövründə ABŞ 2018-ci ildə Avropa İttifaqından polad və alüminium məhsullarının idxalına tariflər tətbiq edib - müvafiq olaraq 25% və 10%. Bu isə ildə 6,4 milyard avroya bərabərdir. Aİ müxtəlif mallara ABŞ-dan idxal edilən 2,8 milyard avro dəyərində cavab olaraq yenidən balanslaşdırıcı tariflər tətbiq edib.

Lakin 2021-ci ildə tərəfdaşlar bütün tərəflər üçün daha məqbul həll yolu tapmaq üçün təsirə məruz qalan mallar üzrə tədbirləri qarşılıqlı olaraq dayandırmağa razılaşdılar.

Poliqon.info


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bərdədə iki gün əvvəl itkin düşən 15 yazlı qızın meyiti tapılıb

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay