Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbul hava limanında pişik təyyarənin uçuşuna mane olub

Türk Hava Yollarının təyyarəsi İstanbuldan Afinaya uçmağa hazırlaşarkən sahibinin biletsiz və qəfəssiz özü ilə gətirdiyi pişiyin kabinəyə girərək dolaşması nəticəsində uçuş-enmə zolağından geri dönməli olub...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, sərnişinlərin götürülməsini tamamlayan təyyarə qalxmaq üçün uçuş-enmə zolağına doğru hərəkət edib.

Bu vaxt sərnişinlər təyyarənin salonunda gəzən pişiyi görüblər. Vəziyyət kabin heyətinə bildirildikdən sonra pilot İstanbul Hava Limanı Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə əlaqə saxlayıb. İcazə verildikdən sonra təyyarə dayanacaq vəziyyətinə qayıdıb.

Yoxlama zamanı müəyyən edilib ki, pişik sərnişin tərəfindən ödəniş edilmədən və daşımağa uyğun çantası olmadan təyyarəyə mindirilib. Sahibinin pişiyi kabin baqajına qoyaraq təyyarəyə mindirdiyi anlaşılıb.

Qəfəsi və bileti olmayan pişik və sahibi təyyarədən endirildikdən sonra uçuş davam edib.

THY-nin daha əvvəl də oxşar davranışda olduğu aşkarlanan sərnişinə "qara siyahı" proseduru tətbiq edəcəyi bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

Razi Nurullayev:"Qoy beləcə də uğursuz və şanssız həyatlarını davam etdirsinlər"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay