Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Makarov” tapançası gəzdirən şəxs yeni ilin ilk günü saxlanılıb 

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir...

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Onun üzərindən bir ədəd “Makarov” markalı tapança, altı ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib. Araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər”, - deyə məlumatda vurğulanır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ən çox oxunanalar