Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəza çəkməkdən məhkəmələr tərəfindən azad edilən məhkumların sayı açıqlanıb

Ötən dövr ərzində Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan 1495 məhkum məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib, 211 şəxsin isə cəza müddəti azaldılıb...

Bunu "Report"a müsahibəsi zamanı Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov deyib.

Onun sözlərinə görə, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 5 noyabr tarixli Qərarının mütəşəkkil və yüksək səviyyədə icra olunması məqsədilə Probasiya Xidməti tərəfindən əməli tədbirlər görülmüş, probasiya qurumlarının qeydiyyatında olan 6600-dən çox məhkuma amnistiya aktı tətbiq olunub.

"Ulu Öndərin humanizm siyasətini uğurla davam etdirən ölkə Prezidenti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 08.05.2023-cü il tarixdə Əfv Sərəncamı imzalanıb. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 118 nəfəri əhatə edən bu humanist sərəncamla şərti məhkum edilmiş 2, cəzasının çəkilməsi təxirə salınmış 3, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18, islah işləri cəzası üzrə 2, cərimə cəzası üzrə 88 məhkum cəzadan azad edilmiş, 5 nəfərin isə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 may 2022-ci il tarixli Sərəncamı Sərəncamına əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 6 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron nəzarət vasitələri dərhal çıxarılmış, həmçinin şərti məhkum olunmuş 3 nəfər cəzadan azad olunub", - ədliyyə müşaviri qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib -Yenilənib

Ən çox oxunanalar