Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan səfiri Gürcüstanda fəaliyyət göstərən iş adamları ilə görüş keçirib - Foto

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanda fəaliyyət göstərən iş adamları ilə görüş keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə “Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi”nə (AZEBİ) üzv olan şirkətlərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Görüşdə çıxış edən səfir bildirib ki, iki ölkə arasında hər zaman dostluq və qardaşlıq münasibətləri mövcud olub, bu isti münasibətlər biznes mühitində də əks olunmaqdadır: "Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Gürcüstan mehriban qonşu, dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır".

F.Quliyev vurğulayıb ki, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regiondan keçən yük axınının həcmini dəfələrlə artıb:

"Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir".

Səfir qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk tarixi seçkilər keçiriləcək. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində işləyən vətəndaşların seçici hüquqlarının təmin olunması və seçkilərdə iştirak edə bilmələri üçün səfirlikdə qeydiyyatdan keçmələri zəruridir.

F.Quliyev AZEBİ-yə üzv şirkətlərin Gürcüstandakı soydaşlarımıza, o cümlədən aztəminatlı ailələrə göstərdikləri dəstəyə görə təşəkkür edilib.

O əlavə edib ki, Azərbaycan hökuməti Gürcüstanda fəaliyyət göstərən iş adamlarına hər zaman öz dəstəyini verməyə hazırdır.

Fotolar

Poliqon.info 


Etiket: Görüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar