Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC Azərbaycanda 2023-2024-cü illər üçün neft hasilatı üzrə proqnozunu yeniləyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu pisləşdirib, 2024-cü il üçün isə dəyişməyib...

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir. 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 30 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən təxminən 13 min barel çoxdur.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi oktyabr ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.

Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı stabil olaraq 0,7 mln. barel səviyyəsində qalacaq (proqnoz dəyişməyib).

Qeyd olunur ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

İran zərbə aviasiyası döyüş hazırlığına gətirildi

Ən çox oxunanalar