Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden ABŞ-ın İsrailə nə qədər kömək edəcəyini açıqlayıb

ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton HƏMAS radikal qruplaşması məhv edilənə qədər İsrailə hərbi yardımı davam etdirəcək...

Poliqon Ağ Evin "YouTube" kanalına istinadən xəbər verir ki, o, bu barədə Hanukka bayramı münasibətilə keçirilən qəbul zamanı danışıb.

"Biz diqqətli olmalıyıq və onlar da diqqətli olmalıdırlar. Bütün dünyada ictimai rəy bir gecədə dəyişə bilər, biz buna imkan verə bilmərik", deyə ABŞ prezidenti bildirib.

O vurğulayıb ki, Vaşinqton Qəzza zolağındakı girovların xilas edilməsi üçün işləri davam etdirir. Bayden deyib ki, Birləşmiş Ştatlar günahsız fələstinli mülki şəxslərə mümkün qədər çox humanitar yardım göndərməyə də sadiqdir.

Bu arada, Demokrat senator Aleksandriya Okasio-Kortes Birləşmiş Ştatların Qəzza zolağında atəşkəs tələb edən BMT qətnaməsinə veto qoymasından sonra hazırkı dövlət başçısı Co Baydenin administrasiyasını tənqid edib. Onun sözlərinə görə, Ağ Ev artıq insan haqları ilə bağlı narahatlıqları atəşkəs çağırışına veto qoymaqla birləşdirə bilməz.

"Bayden administrasiyası artıq fələstinlilər və insan haqları ilə bağlı ifadə etdiyi narahatlıqları uzlaşdıra bilməz, eyni zamanda BMT-nin atəşkəs çağırışına veto qoyur və bütün ABŞ Konqresinin Qəzza zolağının qərəzsiz bombalanmasını birmənalı şəkildə dəstəkləməsindən yayınır", deyə o, bildirib.

Poliqon.info


Etiket: Bayden ABŞ İsrail


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar