Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu Qəzza zolağında HƏMAS silahlılarına zərbələr endirib

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının 450 hədəfinə hava, dəniz və qurudan zərbələr endirib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram kanalında məlumat verilib.

“Son 24 saat ərzində havadan, dənizdən və qurudan 450-dən çox hədəfə hücum edilib”, deyə press-relizdə bildirilir.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Xan Yunisdəki HƏMAS hücrəsinə hücum edib. Qətərin “Əl-Cəzirə” telekanalı da İsrail qırıcılarının bu şəhərin bir neçə bölgəsinə zərbələr endirməsi barədə məlumat yayıb.

İDF mətbuat xidmətinin məlumatına görə, üç radikal uzaqdan idarə olunan pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Onlardan ikisi məhv edilib, üçüncüsü isə İsrail qüvvələrinə raket zərbələri endirməyə hazırlaşdıqları hərbi binada gizlənən digər yaraqlıların yerini açıqlayıb. Aşkar edilmiş bütün yaraqlılar məhv edilib.

Xatırladaq ki, oktyabrın 7-də “Əl-Əqsa Tufanı” əməliyyatı çərçivəsində Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə daxil olması və 200-dən çox insanı girov götürməsi Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrailin əməliyyatının ilk günündən İsrail Qəzza zolağına iri raket hücumları həyata keçirib, anklava su, ərzaq, elektrik və yanacağın verilməsi dayandırılıb. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən həyata keçirilməyə başlayıb.

Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatını "genişləndirdiyini" elan edib. Əməliyyatdan əvvəl yüz minlərlə fələstinli evlərini tərk edərək sığınacaqlara və anklavın cənubuna köçüb. Qəzzanın mərkəzində döyüşlər hələ də davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar