Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kirill Budanov: Ukrayna kəşfiyyatının rəhbəri haqqında nə məlumdur?

Noyabrın 28-də Ukraynanın “Babel” nəşri kəşfiyyat mənbələrinə istinadən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovun həyat yoldaşı Marianna Budanovanın ağır metallarla zəhərləndiyini yazıb. Yerli media daha bir neçə nəfərin zəhərləndiyini iddia edir.

Poliqon Rusiyanın Kommersant” nəşrinə istinadən Ukrayna Kəşfiyyat rəhbəri haqqında məlum olanları təqdim edir.

Budanov Kirill Alekseeviç 4 yanvar 1986-cı ildə Kiyevdə anadan olub. 2007-ci ildə Odessada Hərbi Akademiyanı bitirib. O, Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı bölmələrində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ilin yazından o, Ukraynanın cənub-şərqində hərbi əməliyyatlarda iştirak edib. Rusiya FTX-nın məlumatına görə, 2016-cı ilin avqustunda o, Krım ərazisində planlaşdırılan terror aktlarının hazırlanmasında iştirak edib.

2019-cu ildə Kirill Budanovun avtomobili minalanıb, lakin bomba vaxtından əvvəl partlayıb. O vaxtdan bəri, Budanov ən azı on sui-qəsd cəhdindən sağ çıxdığını söyləyir.

2020-ci ildə o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin departament direktorunun müavini olub. 2020-ci ilin avqustunda Baş Kəşfiyyat İdarəsinə rəhbərlik edib.

Rusiya FTX-nın məlumatına görə, 2022-ci ilin oktyabrında o, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edib. 2022-ci ilin aprelindən o, Rusiya ərazisinə bir sıra dron hücumları təşkil edib.

2023-cü il aprelin 21-də Moskvanın Lefortovo Rayon Məhkəməsi Kirill Budanovu terrorçu birlik yaratmaqda, bir qrup şəxs tərəfindən qanunsuz silah əldə etməkdə və bir qrup şəxs tərəfindən qanunsuz olaraq partlayıcı qurğular əldə etməkdə ittiham edərək, qiyabi həbs edib.

2023-cü ilin mayında ISLND TV-yə verdiyi müsahibədə Budanov rusiyalı jurnalist Daria Duqinanın ölümündə Ukrayna tərəfinin əli olması ilə bağlı sualı belə şərh edib: “Biz rusları öldürdük və Ukraynanın tam qələbəsinə qədər bu dünyanın istənilən yerində rusları öldürməyə davam edəcəyik”.

O, Ukrayna Prezidenti yanında Kəşfiyyat Komitəsinin rəhbəridir. Məhkumların saxlanması və dəyişdirilməsi üzrə koordinasiya qərargahına rəhbərlik edir.

General leytenantdır. Hərbi Xidmətə görə xaç ordeni ilə təltif edilib. Ukraynanın “İgidliyə görə” ordeninin sahibidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar