Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı generaldan iddia: ABŞ Ukraynanın qələbəsini qarşısına məqsəd qoymayıb...

ABŞ Ukrayna Silahlı Qüvvələrinin qələbə qazanmasına kömək etmir və Rusiyaya qarşı müharibədə Ukraynanın qələbəsini qarşısına məqsəd qoymur...

Poliqon xəbər verir ki, bunu təqaüddə olan amerikalı general, ABŞ Quru Qoşunlarının keçmiş komandanı Ben Hodces Kyiv Post-a müsahibəsində deyib.

O qeyd edib ki, Ağ Ev Ukraynanın qələbə qazanmaq istəyi ilə bağlı qərar qəbul etməyib və bunun qarşısını Rusiya Federasiyasının nüvə silahından istifadə ilə bağlı hədələrindən hədsiz qorxu alır.

"Ağ Ev bu qərarı sadəcə qəbul etməyib, hətta Ağ Evin hədəfi də deyil, sadəcə bunu istəmirlər. Rusiya Rusiyanın özündə xaos olmadan təslim olub evə getsəydi, hamı bunu sevərdi. Lakin onlar bu məqsədə çatmaq üçün lazım olanı etməyə hazır deyillər", deyə Hodces bildirib.

"Biz niyə belə əminik ki, Rusiya uduzmağa başlayanda nüvə silahından istifadə edəcək? İki il əvvəl, ukraynalılar Xarkov vilayətini, Xersonu azad edəndə, rusları geri itələdikdə bundan istifadə etmədilər. Halbuki, ukraynalıların irəliləməsinə mane olan yeganə şey bu idi", deyə istefada olan general vurğulayıb.

O, həmçinin ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın döyüş meydanında ən güclü mövqeyə sahib olmaq üçün Ukraynaya kömək etmək lazım olduğuna dair bəyanatlarını tənqid edib.

"Bu nə deməkdir? Mümkün qədər güclü mövqe, nə etməkdir?" deyən general Rusiyanın məğlubiyyətinin ABŞ-ın strateji maraqlarına uyğun olduğunu və Ukraynanın bütün işləri görməyə hazır olduğunu bildirib.

"Onların sadəcə bizdən vasitələrə və öhdəliklərə ehtiyacları var", deyə Hodces əlavə edib.

Onun fikrincə, Ukraynanın Rusiyaya dərin zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməkdə məhdud olmasının heç bir hüquqi, mənəvi və ya əməliyyat səbəbləri yoxdur:

"Bu siyasəti kim hazırlayıbsa, bu, nəinki hərbi baxımdan heç bir məna kəsb etmir, həm də strategiyanın, nail olmağa çalışdığımız strateji hədəfin olmamasından xəbər verir. Məqsədiniz olmasa, yaxşı siyasət qura bilməzsiniz".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay