Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Erməni mətbuatının fikrincə, ABŞ-nin yeni administrasiyası Azərbaycana meyilli olacaq...

Politoloq: “Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdi onun populyarlığını və prezident seçilmək şansını artırıb”.

Donald Trampın nə keçmişdə, nə də indi Amerikadakı erməni lobbisi ilə bağlılığının olmaması Azərbaycanın xeyrinədir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu erməni mətbuatının Donald Trampın Cənubi Qafqazla bağlı siyasətindəki iddianı Poliqon-a şərh edərkən qeyd edib.

Son həftələr erməni mətbuatında yazılır ki, Donald Tramp yenidən ABŞ prezidenti olması Ermənistan üçün yaxşı heç nə vəd etmir. Çünki Tramp hər şeydən öncə diqqətini daha çox daxili problemlər üzərində cəmləşdirmək siyasəti aparmağa üstünlük verir. Qeyd edilir ki, Tramp qlobal neft-qaz sektoruna ciddi önəm verəcək və buna görə də Cənubi Qafqazda Azərbaycanı xüsusi dəstəkləyəcəyi ehtimal olunur. Erməni mətbuatının fikrincə, ABŞ-ın yeni administrasiyası Azərbaycana meyilli olacaq, Türkiyə və Azərbaycanla işləyəcək.

Ermənilərin bu iddialarını necə dəyərləndirmək olar və Trampın Cənubi Qafqaz siyasəti Bayden administrasiyasının siyasətindən nəylə fərqlənir?

Donald Trampın Cənubi Qafqaz siyasətini Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “ABŞ-nin milli və təhlükəsizlik maraqları Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir”.

Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqlinin Amerika üçün əhəmiyyətli olduğunu xatırladan politoloq qeyd edib ki, Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq:

Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdi onun populyarlığını və prezident seçilmək şansını artırıb. Donald Trampın prezident seçilməsi beynəlxalq aləmdəki qüvvələr arasında balansa təsir etmək gücündədir. Misal üçün Tramp Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasının tərəfdarıdır. O ,Ukrayna prezidenti Volodimir Zelenskini az qala “dilənçi” adlandırıb.

Ukraynaya yardımın dayandırılması müharibənin Rusiyanın xeyrinə dəyişməsi demək olacaq. Əlbəttə, Pentaqon və Dövlət Departamenti Trampı Ukraynaya dəstəyi dayandırmamağı məsləhət görəcəklər, ancaq keçmiş Ağ Ev sahibi bir sıra hallarda ətrafı ilə hesablaşmır.

Trampın Yaxın Şərq siyasəti də fərqli olacaq. ABŞ-ın hazırki Prezidenti Cozef Bayden İsrailə təsir etmək istəyir ki, Qəzza bölgəsinə hücum dayandırılsın, Fələstin amili nəzərə alınsın. Trampın belə bir dərdi yoxdur. O, birmənalı şəkildə İsrailə dəstəyin tərəfdarıdır. Məhz Tramp prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq səfirliyin Tel-Əvivdən köçürülməsinə qərar verdi. Bu qərar Yaxın Şərq və Avropa ölkələrində narazılıq doğrusa da, Tramp öz bildiyini etdi.

Donald Trampın Cənubi Qafqaz siyasətinə gəldikdə, onun nə keçmişdə, nə də indi Amerikadakı erməni lobbisi ilə bağlılığının olmaması Azərbaycanın xeyrinədir. Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi birbaşa Amerikanın maraqlarına xidmət edir. Və ya Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də Amerika üçün əhəmiyyətlidir. Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay