Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR təqaüd proqramına qəbul elan edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Zonguldak Bülent Ecevit Universitetinin (ZBEU) nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə "Offshore Subsea Operations Technology" (Dənizdə sudibi əməliyyatların texnologiyası) və "Offshore Drilling Technology" (Dənizdə qazma texnologiyası) ixtisasları üzrə təqaüd proqramına qəbul elan edir...

Poliqon-un SOCAR-a istinadən verdiyi məlumata görə, 2 illik peşə təhsili müddətində qəbul olmuş şəxsin təhsil haqqı və aylıq 350 manat məbləğində təqaüd SOCAR tərəfindən ödəniləcək. Əlavə olaraq, təhsil ili ərzində 2 dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətdə təyyarə bileti təmin olunacaq.

Təqaüd proqramına kimlər müraciət edə bilər?

Proqrama müraciət etmək üçün namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:

Azərbaycan Respublikası vətəndaşı olmalı;

• Tam orta təhsilli olmalı;

• Xarici dil bilikləri olmalıdır. (türk dili C-1 və ingilis dili B-1 səviyyələri)

*İmtahan nəticələrinə əsasən ehtiyac yaranarsa İngilis dili ilə bağlı nəticələri tələblərə cavab verməyən müraciətçilər peşə məktəbində əlavə olaraq 1 illik hazırlıq müddətinə cəlb oluna bilərlər. Bu müddət ərzində də xərclər SOCAR tərəfindən qarşılanacaqdır.

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Müsabiqə mərhələli olaraq keçiriləcək:

 Proqrama müraciət mərhələsi (Zonguldak Bülent Ecevit Universitetinin müvafiq sistemi vasitəsilə)

 Dil biliyinin yoxlanması mərhələsi:

İngilis və türk dili biliyinin yoxlanması imtahanı (İmtahanlar Zonguldak Bülent Ecevit Universitetinin əməkdaşları tərəfindən Bakıda təşkil ediləcəkdir.)

 Proqrama seçim və qəbul mərhələsi. (Seçim Zonguldak Bülent Ecevit Universitetinin tərəfindən aparılacaqdır)

Necə müraciət etmək olar?

Peşə məktəbi və ixtisaslarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.

"Offshore Drilling Technology" ixtisası üzrə ətraflı məlumat

"Offshore Subsea Operations Technology" ixtisası üzrə ətraflı məlumat

Müraciət etmək üçün linkə buradan keçid edə bilərsiniz.

Müraciət qəbulunun son tarixi: 31 iyul 2024-cü il

*SOCAR Proqramın sonunda məzunların işə qəbulu ilə əlaqəli öhdəlik daşımır.

- Müraciət zamanı yaranan texniki problemlər və digər dəqiqləşdirmələr ilə bağlı suallar

[email protected] emailinə ünvanlana bilər.

- Proqramla bağlı əlavə suallarınızı ünvanlamaq üçün:

Əlaqə nömrəsi: +994508410532, +994508410711

E-mail: [email protected]

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar