Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nensi Peloisi də Baydendən seçkidən çəkilməsini istəyib

Nensi Pelosi Baydenə seçkini uduzacağını və Demokrat Partiyasını da özü ilə məğlubiyyətə sürükləyəcəyini söyləyib...

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ABŞ prezidenti Co Baydenlə təkbətək söhbətində bildirib ki, onun prezident seçkilərində iştirakı Demokratlar Partiyasını qalib gəlmək şanslarından məhrum edir.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı və Politico qəzeti mənbələrə istinadən məlumat yayıb. Mənbələr hesab edir ki, Pelosi açıq şəkildə prezidentə müraciət edərək namizədliyini geri götürməyi tələb edə bilər. Ağ Ev və xanım Pelosinin sözçüsü bu məlumatı təsdiqləməyib.

CNN mənbəsinin bildirdiyinə görə, Nensi Pelosi Co Baydenlə söhbətində sorğulara istinad edərək, Respublikaçı namizəd Donald Trampı məğlub edə bilməyəcəyini bildirib. Cənab Bayden cavab olaraq bildirib ki, onun qələbəsini proqnozlaşdıran sorğular görüb və o seçkidən geri çəkilməyi düşünmür.

Nensi Pelosi Co Baydenə xəbərdarlıq edib ki, Demokratlar getdikcə daha çox onun siyasi zəifliklərindən ziyan çəkəcəklər. Mənbələrdən biri qeyd edib ki, xanım Pelosi Baydenin istefasını istəmək istəmir, lakin bunun baş verməsi üçün əlindən gələni edəcək.

Politico yazır ki, yaxın gələcəkdə Nümayəndələr Palatasının keçmiş sədri açıq şəkildə Co Baydenin prezidentlik yarışından geri çəkilməsini tələb edə bilər.

CNN-in məlumatına görə, söhbət ötən həftə telefonla olub, lakin dəqiq tarix məlum deyil. Nensi Pelosinin sözçüsü telekanala bildirib ki, xanım siyasətçi ən azı iyulun 12-dən sonra prezidentlə danışmayıb. Ağ Ev mediadakı xəbərləri şərh etməkdən imtina edib və Co Baydenin qalib gəlməyi planlaşdırdığını söyləyib.

Mənbələrin The Washington Post qəzetinə verdiyi məlumata görə isə keçən həftə Senatda Demokratik Çoxluğun lideri Çak Şumer və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefris şəxsi görüşləri zamanı Co Baydenə bildiriblər ki, seçkidə iştirakına görə Demokratlar Konqresin hər iki palatasında nəzarəti itirmək riski ilə üzləşirlər. Baydenə yaxın bir məmur WP-yə deyib ki, o, şəxsən prezidentdən namizədliyini geri götürməyi xahiş edib. Buna cavab olaraq Co Bayden özünü Donald Trampa qalib gələ biləcək yeganə namizəd adlandırıb.

Xatırladaq ki, Co Baydenin namizədliyi ilə bağlı tənqid dalğası iyunun 28-də Donald Trampla debatdakı çıxışından sonra başlayıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay