Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Eldar Ramiq oğu Seyidov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunub...

Poliqon lent.az-a istinadən Eldar Seyidovun bioqrafiyasını təqdim edir: 

Eldar Ramiq oğlu Seyidov 01 mart 1973-cü il tarixində Bakı şəhərində anadan olub. 

Eldar Seyidov 1994-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaat mühəndisliyi" ixtisası üzrə tam ali təhsil alıb. Eyni zamanda 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əlavə ali təhsil proqramının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə təhsilini davam etdirir.

1996-cı ilin noyabr ayından 2003-cü ilin oktyabr ayınadək "NAR" LTD şirkətində, 2003-cü ilin oktyabr ayında Milli Aerokosmik Agentliyində (AMAKA), 2008-ci ilin fevral ayından 2013-cü ilin mart ayınadək ABŞ-ın Azərbaycandakı səfirliyində "Ümumi inzibati xidmətlər" şöbəsində, 2013-cü ilin mart ayından etibarən "ADA" Universitetində işləməyə başlayıb, 2018-ci ilin yanvar ayından etibarən "Ümumi inzibati xidmətlər" şöbəsinin direktoru olaraq məsul vəzifələrdə çalışıb.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixində müstəsna yeri olan "Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 illlik yübileyinin qeyd edilməsi" haqqında imzaladığı Sərəncama əsasən ADA Universiteti Azərbaycan Respublikasında Milli təhsil sisteminin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariya binasının bərpasını və təhsil missiyasının davam etdirilməsini öz üzərinə götürüb. Bu layihənın bütün təchizat, təminat və təşkilati işlərinin idarəçiliyi Eldar Seyidov tərəfindən aparılıb.

Qeyd edək ki, Eldar Seyidov 2022-ci ilin aprel ayından Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, 2024-cü il 07 mart tarixindən isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçi vəzifəsində çalışıb.

O, İngilis və rus dillərində sərbəst bilir.

Ailəlidir, 2 övladı var.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

"Fənərbaxça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar