Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiyanın baş naziri məcburi sterilizasiya qurbanlarından üzr istəyib

Yaponiyanın baş naziri Fumio Kişida ilk dəfə olaraq əqli və fiziki qüsurlu və irsi xəstəlikləri olan insanların sterilizasiyasını nəzərdə tutan qanunun qurbanlarından şəxsən üzr istəyib...

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Baş nazir həmçinin, məhkəməyə şikayət verməyənlər də daxil olmaqla, daha geniş qrup qurbanları hədəfə alacaq yeni kompensasiya sistemini nəzərdən keçirmək niyyətində olduğunu açıqlayıb.

Söhbət 1948-1996-cı illərdə Yaponiyada qüvvədə olan qanundan gedir. Bu müddət ərzində 25 minə yaxın yapon məcburi sterilizasiya əməliyyatına məruz qalıb. Onların əksəriyyəti - 16,5 min nəfər əməliyyata razılıq verməyib.

“Bir çox insanlar bu qanuna görə çox böyük fiziki və ruhi ağrılar yaşayıblar. Bu qanun Konstitusiyanı pozub və qanunun icraçısı kimi hökumətin buna görə son dərəcə ciddi məsuliyyəti var. Hökumət adından üzr istəyirəm”, deyə Kişida hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edən Yaponiya sakinləri ilə görüşdə bildirib.

Qeyd edək ki, iyulun 3-də Yaponiyanın Ali Məhkəməsi məcburi sterilizasiya qanununu konstitusiyaya zidd hesab edib. Məhkəmə hakimiyyət orqanlarından 11 zərərçəkmişə adekvat kompensasiya ödənilməsini tələb edib, baxmayaraq ki, onların iddiaları üzrə məhdudiyyət müddəti artıq keçib.

Ali Məhkəmənin qərarı elan edilən gün Yaponiyanın baş naziri hökumət adından zərərçəkmişlərdən üzr istəyib və ayın sonuna kimi onların hər biri ilə görüşmək və şəxsi üzr istəmək niyyətində olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay