Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Yaxın vaxtlarda Ermənistan Rusiya və Qərb arasında real savaş meydanına çevriləcək

Rusiya ilə Qərb arasında Ermənistan uğrunda geosiyasi savaş artıq pik həddinə çatır...

Kənan Novruzov: “Bu gün Ermənistan üzərində Rusiya və Qərb dövlətləri, xüsusilə Fransa və ABŞ-la Rusiya arasında rəqabət gedir. Hər iki qütb Cənubi Qafqaza nəzarəti təmin etmək üçün regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər”.

“Mən dəfələrlə demişəm, Paşinyan ağıllı siyasətçidir. Paşinyan siyasətə jurnalistikadan gəlib və ictimaiyyətlə işləməyi bacaran adamdır. Paşinyanın ən böyük bədbəxtliyi ondadır ki, siyasi iradəsi yoxdur”.

Bu sözləri politoloq Kənan Novruzov Ermənistan uğrunda Rusiya və Qərbin apardığı mübarizəni Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan uğrunda Rusiya ilə Qərb arasında geosiyasi savaş artıq pik həddinə çatır. Bu savaşdan Ermənistan qazancla çıxa bilərmi və Paşinyanın yaxın qonşularını nəzərə almaqdan imtina edərək yürütdüyü birtərəfli Qərbpərəst siyasət Ermənistana nə vəd edir?

Ermənistanın Baş nazirinin apardığı siyasəti Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Bəlkə də Ermənistanda vətəndaş müharibəsi də olacaq. Bunu istisna etmək olmaz”.

Ermənistanın Baş nazirinin həm Rusiyanı, həm də Qərbi razı salmağa çalışdığını nəzərə çatdıran politoloq əlavə edib ki, bu da onun üçün ciddi fəlakətdir:

“Bu gün Ermənistan üzərində Rusiya və Qərb dövlətləri, xüsusilə Fransa və ABŞ-la Rusiya arasında rəqabət gedir. Hər iki qütb Cənubi Qafqaza nəzarəti təmin etmək üçün regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər. Yəni Qərb ölkələrinin və Rusiyanın bunu Azərbaycan, Gürcüstan üzərindən etməkləri mümkün deyil. Hər iki tərəf Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Əslində isə bu, Ermənistanı öz tərəfinə çəkmək deyil. Sadəcə olaraq bu Ermənistanı tramplin kimi istifadə etməkdir.

Bir çox ekspertlər bu fikirdədir ki, yaxın vaxtlarda Ermənistan Rusiya və Qərb arasında real poliqona çevriləcək və eyni ilə Ukrayna olduğu kimi burda da savaş olacaq. Necə Ukraynada oldusa, eyni ssenari də böyük ehtimalla Ermənistanda təkrarlanacaq. Bəlkə də Ermənistanda vətəndaş müharibəsi də olacaq. Bunu istisna etmək olmaz.

Kənan Novruzov: “Paşinyan nəyinki siyasi hakimiyyəti, şəxsi təhlükəsizliyi də təhdid altındadır”.

Mən dəfələrlə demişəm, Paşinyan ağıllı siyasətçidir. Paşinyan siyasətə jurnalistikadan gəlib və ictimaiyyətlə işləməyi bacaran adamdır. Paşinyanın ən böyük bədbəxtliyi ondadır ki, siyasi iradəsi yoxdur. Siyasi iradəsi olmadığına görə də, radikal qərar qəbul edib bir tərəfə yıxıla bilmir. Ermənistanın baş naziri həm Rusiyanı, həm də Qərbi razı salmağa çalışır. Bu da onun üçün ciddi fəlakətdir.

Yəni Paşinyan nəyinki siyasi hakimiyyəti, şəxsi təhlükəsizliyi də təhdid altındadır. Hər an Paşinyana nəysə ola bilər. Qərbpərəst siyasət də Ermənistana fəlakətdən başqa heç nə vəd etmir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib - Yenilənib

Ən çox oxunanalar