Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Baydendən nə tələb edib?

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydendən Rusiya ərazisinə zərbələr endirmək üçün silahdan istifadəyə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edib...

Poliqon xəbər verir ki, bu barədə Neue Zürcher Zeitung (NZZ) qəzeti yazır.

"O, Baydendən Rusiya ərazisindəki hərbi hədəflərə Qərb silahları ilə hücum edə bilmək üçün bütün məhdudiyyətləri aradan qaldırmağı tələb etdi", deyə nəşr qeyd edib.

Ukrayna prezidenti bildirib ki, ölkə bu addımı gözləyir. Məqalədə deyilir Zelenski bu tələbi irəli sürüb, çünki Rusiya ərazisinə dərin zərbələr olmasa, Kiyev heç nə edə bilməyəcək.

"Xarkov yaxınlığındakı sərhəd bölgəsində məhdud icazə bu cür "dərin zərbələr"in nə qədər təsirli olduğunu göstərdi. Zelenskinin səbirsizliyi başa düşüləndir. Hücumlar Rusiyanın daha dərinliklərinə edilməsə, Ukraynanın itirilmiş əraziləri geri qaytarması çətin olacaq. Bayden indiyə qədər tərəddüd etsə də, Tramp Ağ Evə qayıdanda çətin ki, Amerika silahlarının belə istifadəsinə icazə versin. Tramp danışıqlar yolu ilə həlli Ukraynadakı müharibəni tez bir zamanda dayandıra biləcəyini iddia edir. Və Baydenin keçmiş prezidentlə fəlakətli televiziya debatından sonra Trampın ikinci müddətə namizədliyi getdikcə daha çox görünür", deyə qəzet qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ və bəzi Qərb ölkələri Ukraynaya təhvil verdikləri silahlarla Rusiya ərazisini vurmağa qoyulan bəzi qadağaları götürüb. Lakin bunlar daha çox sərhəd ərazilərdən Ukraynanı vuran obyektlərə qoyulan qadağalardır. Ukrayna bütün qadağaların ləğvini istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar