Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İsrailə “Hizbullah”la müharibə riski ilə bağlı xəbərdarlıq edib

ABŞ hakimiyyəti İsrailin siyasi və hərbi rəhbərliyinə xəbərdarlıq edib ki, onların hərəkətləri Livanın şiə “Hizbullah” hərəkatının Təl-Əvivlə hərbi münaqişəyə cəlb olunmasına gətirib çıxara bilər...

Poliqon xəbər verir ki, bu barədə İsrailin The Times of Israel nəşri mənbələrə istinadən məlumat yayıb. Qəzet xəbər verir ki, Vaşinqton İsrail hakimiyyətini “Hizbullah”a zərbə endirərkən diqqətli olmağa çağırıb.

Nəşr yazır ki, “Hizbullah”ın mövqelərinin atəşə tutulması şiə hərəkatının rəhbərliyinin İsrailə açıq müharibə elan etməsinə səbəb ola bilər.

ABŞ prezidenti Co Baydenin administrasiyası özəl olaraq İsraili “Hizbullah”a qarşı hərbi kampaniya başlatmamağa çağırıb”, deyə nəşrin mənbələri bildiriblər. Bundan əlavə, Amerika hakimiyyətinə yaxın mənbələr vurğulayıblar ki, “Hizbullah” fəal şəkildə hərbi əməliyyatlarda iştirak edərsə, bu, Yaxın Şərqdə “qlobal müharibənin” başlanmasına səbəb ola bilər.

Xatırladaq ki, bir müddət əvvəl Amerikanın “Axios” nəşri mənbələrə istinadən yazıb ki, Livan “Hizbullahı” İsrailə qarşı “ikinci cəbhə” açarsa, Birləşmiş Ştatlar Yaxın Şərqdə hərbi güc tətbiq etməyə məcbur olacaq. Lakin Amerika prezidenti Co Bayden bu məlumatı təkzib edib və Vaşinqtonun heç vaxt belə bəyanatlar vermədiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay