Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanın Baş prokuroru Azərbaycana gəlib - Foto

Özbəkistanın Baş prokuroru Niqmatulla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib...

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.

N.Yuldoşev Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak edəcək.

Azərbaycanın Baş prokuroru özbək həmkarı ilə keçirdiyi görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlədiyini vurğulayıb.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib.
K.Əliyev bildirib ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövlətinin tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin keçən ay keçirilən açılış mərasimində hər iki ölkə rəhbərinin iştirakı xalqlarımız arasında olan qardaşlıq münasibətlərinin əyani sübutudur.

Özbəkistanın Baş prokuroru müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi dövrdə ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edərək ulu öndərin Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi olduğunu qeyd edib.

N.Yuldoşev iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Ən çox oxunanalar