Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: İran tərəfindən müsbət mesajlar alırıq

Hikmət Hacıyev İsrailin "i24news" telekanalına müsahibə verib...

"Azərbaycanın müstəqil xarici siyasəti var və beləliklə, Azərbaycan özü öz dostlarını seçir. Dostluq və xüsusilə İsraillə əməkdaşlıq həm Azərbaycan, həm də İsrail xalqlarının xeyrinədir”.

Poliqon xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin "i24news" telekanalına müsahibəsində deyib.

Hikmət Hacıyev bildirib ki, xarici siyasət və ikitərəfli əməkdaşlıq nə eksklüziv, nə də inklüziv prosesdir.

O qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığı hər hansı üçüncü ölkəyə qarşı deyil: Bu dostluq hər iki ölkənin və xalqlarımızın xeyri üçündür. Bu dostluğun həm də tarixi əsası var. Bu unudulmamalıdır və bu tarixi əlaqələr münasibətlərimizin daha da çiçəklənməsinin davamına xidmət edəcək. Bu, heç kimə qarşı deyil”.

İranla münasibətlər barədə danışan Hikmət Hacıyev bildirib ki, İran Azərbaycanla qonşudur: “Azərbaycanın siyasəti ondan ibarətdir ki, qonşularla stabil və qarşılıqlı səmərəli münasibətlər həmişə yaxşıdır. Bu, Azərbaycanın siyasətidir. Azərbaycanİran arasında anlaşılmazlıq və yanlış kommunikasiyanın olduğu zamanlar olub. Lakin diplomatik kanallar vasitəsilə, dialoqla bunu həll etməyə çalışırıq. Həmçinin, İran tərəfindən müsbət mesajlar alırıq. Səhifəni çevirmək, əməkdaşlıq üçün müsbət atmosfer yaratmaq üçün diplomatik formatda iranlı həmkarlarımızla işləyirik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay