Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BQXK: Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var

30 avqust dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur...

Biz, itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və əzizlərini onlarla birlikdə yad edirik.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumatda bildirilib.

Qeyd olunub ki, münaqişə ilə bağlı Azərbaycanda hələ də 3,800-dən çox itkin düşmüş insan var: "Onların on minlərlə ailə üzvləri isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır. On illər ərzində daimi qeyri-müəyyənlik içində yaşamağın ailələrə gətirmiş olduğu emosional yorğunluğu sözlərlə təsvir etmək mümkün deyil. Biz, səlahiyyətli dövlət qurumlarının itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, onların ailə üzvlərinə cavab verilməsi istiqamətindəki işlərini dəstəkləmək üçün əlimizdən gələni əsirgəmirik.

Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11,000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (bundan sonra Dövlət Komissiyası) təhvil vermişik. 2008-2012-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş şəxslər haqqında onların ailə üzvlərindən ətraflı məlumat toplayaraq Dövlət Komissiyası ilə bölüşmüşük. Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik".

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay