Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin mənzil-qərargahı önündəki aksiyada təxribat: ermənilər azərbaycanlılara hücum ediblər - Yenilənib

BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər...

"Report"un ABŞ bürosu xəbər verir ki, bir neçə erməni əllərində plakatlar və qondarma bayraqlarla azərbaycanlılara hücum ediblər.

Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.

Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.

***

ABŞ-nin Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə aksiya keçirirlər.

"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla "humanitar böhran" yaratdığına dair iddialarına etiraz məqsədi ilə baş tutub.

Əllərində Azərbaycan bayraqları və plakatlarla əraziyə gələn aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasından ədalət tələb edirlər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın müraciəti ilə Laçın yolunu müzakirə etmək üçün təcili iclas keçirir.

Sessiyada Azərbaycanı ölkənin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təmsil edəcək.

***

"Report" xəbər verir ki, dinc aksiya Nyu-York saatı ilə günorta 14.30-da BMT-nin mənzil-qərargahının qarşısındakı Ralph Bunche parkında baş tutacaq.

Aksiyanın keçirilməsində məqsəd birlik nümayiş etdirmək, Azərbaycan həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaqdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar