Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Üzümüz həmişə gülür, problem yoxdur”

“Üzümüz həmişə gülür, problem yoxdur”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis matçın gərgin keçdiyini bildirib:

“Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qələbə idi. Azarkeşlərə təşəkkür edirəm”.

Təcrübəli çalışdırıcı futbolçularda gərginlik olduğunu gizlətməyib:

“Rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımızdır. İstifadə edə bilmədiyimiz 100 faizlik fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Düşünürəm ki, cavab oyununda tam əksi olar, daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik”.

Pley-offa çıxmaq şanslarını dəyərləndirən baş məşqçisi cüzi üstünlük qazandıqlarını vurğulayıb:
“Hər qələbə futbolçulara inam verir. Top buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ aldılar. Cavab oyunu öncəsi bir az üstünlüyümüz var”.

Mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olduğunu bildirib.

Qurbanov Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda Serbiya “Partizan”ına 2 cavabsız qolla qalib gələn “Sabah” komandasını da təbrik edib:

“İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edəcək, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar Şuşada gəzib, Gövhər ağa məscidində olublar

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar