Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5 660 namizəd üçün MİQ üzrə müsahibə mərhələsinə start verilib - Yenilənib

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir...

Avqustun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Elm və Təhsil Nazirliyindən Poliqon-a bildirilib ki, bu mərhələyə ümumilikdə 5 660 namizəd dəvət olunub.

İlk gün informatika, musiqi, rus dili, fransız dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil olunacaq.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, müsahibələr avqustun 18-dək davam edəcək.

***

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, müsahibə mərhələsinə 5 660 namizəd dəvət olunub.

Avqustun 18-dək davam edəcək müsahibələrdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay