Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqası: Azərbaycan təmsilçiləri bu gün cavab oyunlarını keçirəcəklər

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, əvvəlcə meydana "Sabah" klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv "Bank Respublika Arena"da Ltaviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

"Neftçi" və "Qəbələ"nin oyunları isə eyni saatda - 21:00-da start götürəcək. "Ağ-qaralar" Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi "Jelezniçar"la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

"Qırmızı-qaralar" isə Kiprdə "Omoniya"nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub - 2:3.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust

20:00. "Sabah" (Azərbaycan) - RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun - 2:0
"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Jelezniçar" (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun - 2:2
8-ci km stadionu

21:00. "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun - 3:2
Nikosiya, "GSP Arena"

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Ən çox oxunanalar