Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN işçi axtarır

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan LənkəranASAN Xidmət” mərkəzi üzrə regional qrupda vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Poliqon.info xəbər verir ki, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan dövlət ali təhsil müəssisələrini bitirən, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Lənkəran, Astara, LerikYardımlı rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 28-dən avqustun 28-dək iş günləri saat 10:00-dan 17:00-dək Lənkəran rayonunun Göyşaban kəndində yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Cənub Bölgəsində Regional Şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

 
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;

Əlavə məlumat almaq üçün əlaqə telefonu: (012) 590-64-41

Poliqon.info 


Etiket: DİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Ən çox oxunanalar