Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi" Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb

Rusiyanın Sankt-Peterburq şəhərində hazırlığı davam etdirən "Neftçi" yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb.

Poliqon.info klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zenit"in təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesində rumıniyalı mütəxəssisin köməkçiləri - Alin-Nikolaye Çita, Aurelian-Boqdan Patraşku, Miodraq Todorov və Mihai-Qavril Nedeban da iştirak ediblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, "Neftçi" "Match TV" kubokunda sonuncu oyununu Türkiyə "Fənərbağça"sına qarşı keçirəcək. İyulun 15-də "Smena" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Turnir başa çatandan sonra "Neftçi" Rusiyanın paytaxtına yollanaraq Moskva "Spartak"ı ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. İyulun 18-də "Otkrıtiye Bank Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək və "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Neftçi" II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək. 

Poliqon.info 


Etiket: Neftçi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bərdədə iki gün əvvəl itkin düşən 15 yazlı qızın meyiti tapılıb

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay