Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı dividend gəlirlərinə görə Rusiyanın ən varlısı oldu

Forbes 2022-ci il üçün alınan dividendlərə görə ən varlı 50 rusiyalının reytinqini dərc edib...

Poliqon xəbər verir ki, siyahıya dividend gəliri 155,7 milyard rubl olaraq qiymətləndirilən “Lukoil”in əsas səhmdarı, Azərbaycan əsilli Vahid Ələkbərov rəhbərlik edir.

Forbes xatırladıb ki, 2022-ci ilin dekabrında “Lukoil” 2021 və 2022-ci ilin 9 ayı üçün ümumi məbləği 549 milyard rubl olan dividendlərin ödənilməsini elan edib.

Reytinqdə ikinci yerdə “Norilsk Nikel”in prezidenti və həmsahibi Vladimir Potanin qərarlaşıb. Onun “Norilsk Nikel”in aktivlərindən əldə etdiyi dividend gəliri 149 milyard rubl təşkil edib.

Üçüncü yeri “XTX Markets”in təsisçisi Aleksander Gerko tutub. Ticarət şirkətinin təsisçisinin dividend gəliri 141 milyard rubl olaraq qiymətləndirilir.

Dördüncü və beşinci yerlərdə “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibləri Leonid Mixelson və Gennadi Timçenko qərarlaşıb. Onlar 104,1 milyard rubl və 82,9 milyard rubl məbləğində dividend gəliri əldə ediblər.

İlk onluğa həmçinin Andrey Quryev və ailəsi (81 milyard rubl), Əlişir Usmanov (64,7 milyard rubl), Leonid Fedun (51,2 milyard rubl), Yuri Antipov və ailəsi (43,2 milyard rubl), Andrey Skoç və ailəsi (39,9 milyard rubl) daxildir.

Forbes qeyd edib ki, bir çox iri şirkətlər 2022-ci ildə dividend ödəməyib, buna görə də reytinqdə 23 yeni iştirakçı meydana çıxıb. Onların arasında “Sportmaster”in üç təsisçisi - Vladimir Fartuşnyak, Nikolay Fartuşnyak və Aleksandr Mixalski də var. Reytinqə “X Holding”in sahibi Anton Çerepennikov və “Merkuri” qrupunun təsisçiləri Leonid Strunin və Leonid Fridlyand da daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar