Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəlzələdən sonra çoxmərtəbəli binaların mənzilləri kütləvi satışa çıxarıllb - Video

Zəlzələyə görə torpaq sahələri və fərdi yaşayış evlərinin qiyməti bahalaşıb.

Poliqon.info Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün öncə Xəzər dənizində qeydə alınmış 5.5 maqnitudalı zəlzələnin bəzi ərazilərdə də hiss olunması insanları təşvişə salıb.

Rieltor Mülkədar Rüstəmov deyir ki, bu hal son bir həftə ərzində qiymətlərə ciddi təsir edib.

Rieltorun sözlərinə görə, çoxmərtəbəli binalarda yaşayan sakinlər, xüsusən də yüksək mərtəbələrdə yaşayanlar isə mənzillərini artıq satışa çıxarıblar. Buna səbəb yeraltı təkanları həmin mənzillərdə daha çox hiss olunmasıdır. Eləcə də təkanların daha çox hiss olunduğu müəyyən ərazilərdə daha çox mənzil satışa çıxarılıb.

Mülkədar Rüstəmov qeyd edib ki, paytaxtın bəzi yerlərində yerləşən torpaq sahələri və ya fərdi yaşayış evləri müştərilərə daha çox maraqlıdır.

Rieltor onu da deyib ki, zəlzələ zamanı insanların yaşayış binalarının qarşısına toplaşması təhlükəsizlik baxımından doğru deyil. Hətta bəzi binaların toplanış məntəqəsi olmadığından sakinlər yaxınlarının fərdi yaşayış evlərinə üz tuturdular. Bu isə daşınmaz əmlakın bu növünə olan tələbatın artdığını bir daha göstərir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Poliqon.info 


Etiket: Zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay