Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşdən çıxarılan xanəndə: “Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi”

“Mən neyniyə bilərəm ki? Arxam yox, dayağım yox. Söz verdilər, amma heç biri vədə əməl etmədi. Gedib bu yaşımda onlarla dalaşası deyiləm ki. Nə edim? Bezdim, yoruldum”.

Bunu “Qaynarinfo”ya açıqlamasında xanəndə Sabir Abdullayev müəllimlik fəaliyyətinə son verilməsi ilə bağlı qərara aydınlıq gətirərkən deyib.

66 yaşlı xanəndə ona qarşı haqsızlıqlar oldunduğunu bildirib:

“Böyük bir “ordu” yetişdirmişəm. Hara getsəm də, həmin “ordu” arxamdadır. Əsas odur ki, mən öz məktəbimi yaratdım. Tələbələrim arasında Xalq artisti, Prezident təqaüdçüsü olanlar çoxdur. Dərs dediyim ifaçıların yaradıcılığında bütün dünyasını dəyişən xanəndələrin sənəti, nəfəsi var, onlar nəsildən-nəsilə yaşayacaq. Əslində mən öz işimi gördüm. Mənə qarşı münasibət yaxşı olmadı, Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi. Niyə? Bax bunun səbəbini bilmirəm”.

Sabir Abdullayev bundan sonra yaradıcılıqla məşğul olacağını qeyd edib:
“Nə bacarsam, onu da edəcəm. Oxuyacam, muğamlar yazdıracam ki, məndən sonra qalsın. Bütün illərimi tələbələrə həsr etdim, ömrüm keçdi, özüm üçün heç nə edə bilmədim. Bu da sonu... Qədrimi bilmədilər. Qərar verilib, bunu kimin qəbul etdiyini bilmirəm, amma bu qərarın yaradıcı insanlara şamil olunmaması lazımdır”.

Sabir Abdullayev özünü Azərbaycanda iki ən yaxşı müəllimdən birincisi hesab etdiyini vurğulayıb:

“İstəsəydilər, məni işdən çıxartmazdılar. Qanundankənar nə etmişəm? Əsəbləşirəm, bilmirəm dərdimi kimə deyim”.

Qeyd edək ki, Sabir Abdullayev Bakı 11 saylı musiqi məktəbində muəllim işləyirdi. Onun müəllimlik fəaliyyətinə xitam verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay