Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həcc ziyarətində olan zəvvarların vəziyyəti açıqlanıb

Həcc ziyarəti üçün Azərbaycandan sonuncu təyyarə iyunun 22-də Məkkə şəhərinə gedəcək...

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, hazırda Məkkədə havanın temperaturu 43 dərəcədir:

“Buna baxmayaraq, hoteldə, avtomobillərdə, hər yerdə kondisionerlər var və zəvvarlarımız istini çox hiss etmirlər. Zəvvarların əhval-ruhiyyəsi də yaxşıdır. Dünən gecə gələn zəvvar qrupu da artıq dini ayinlərə başlayıb. Xəstələnən, səhhətində problem olan yoxdur”.

O qeyd edib ki, Azərbaycandan 4 nəfərdən ibarət həkim qrupu da Məkkəyə gedib:

“Həkimlər özləri ilə ilkin yardım üçün dərmanlar və lazımi tibbi avadanlıqlar aparıblar. Kiminsə səhhətində problem yaranarsa, ilkin tibbi yardım kömək etməsə, hər hansı ekstremal şərait yaranarsa, onda biz xidməti maşınlarımızla xəstəxanaya aparırıq. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Həcc Missiyasının işçi qrupu bütün günü xidmət başındadır və zəvvarlarımızın rahatlığı üçün lazım olan bütün tədbirlər görülür”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar