Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub - Video

UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

"Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində "şəhərlilər" ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

UEFA Çempionlar Liqası
Final
10 iyun

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0
Qol: Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar