Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əliyev Litva Xüsusi İstintaq Komitəsinin nümayəndə heyəti ilə görüşüb

İyunun 9-da Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsini icra edən Yovitas Razkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan Poliqon.info-ya verilən xəbərə görə, qonaqları salamlayan Baş prokuror dövlət başçısı İlham Əliyevin bu ilin may ayında Litvaya rəsmi səfəri zamanı baş prokurorluqlar arasında imzalanmış 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramının gələcəkdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanlar yaratdığını bildirib. Həmçinin, “Tvinninq” layihəsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası sahəsində həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyi bildirilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Yovitas Razkeviçius Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ermənistanda yenidən Azərbaycana qarşı ərazi iddaları baş qaldırır...

Ən çox oxunanalar