Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada uşaq bağçasını ilanlar ələ keçirdi - Foto, Video

17 saylı uşaq bağçası üçün yeni binanın tikilməsi isə vacibdir. Çünki yeni bina tikilməsə, buradakı ilanların kökünü kəsmək mümkün olmayacaq...

Quba rayonunun Alekseyevka kəndindəki 17 saylı körpələr evi-uşaq bağçasının binasında ilanlar məskən salıb.

Bu barədə Bizim.media-ya bağçada tərbiyə alan uşaqlardan birinin valideyni məlumat verib.

Mövzu ilə bağlı fikirlərini bölüşən bağçanın müdiri Səadət Hüseynova da problemin olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, uşaq bağçası 1939-cu ildə inşa edilmiş köhnə, qəzalı binada yerləşir:

“Bağça isə 1969-cu ildən burada fəaliyyət göstərir. Bağçanın əsas korpusunda 3 qrupda 55 uşaq tərbiyə alır ki, onlardan 15-i körpədir. İlanlar elə əsas korpusun divarlarında görünür, vaxtaşırı otaqlara çıxır. İlanlarla mübarizəni özümüz aparırıq ki, uşaqları vurmasınlar”.

Səadət Hüseynova onu da bildirib ki, uşaq bağçaları 2021-ci ilin sonundan rəsmi olaraq Elm və Təhsil Nazirliyinin balansına verilib.

Bu səbəbdən uşaq bağçasında ilanların yuva salması ilə bağlı Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinə məlumat verilib. Onların tapşırığı ilə gəlib bağçanın ərazisində və otaqlarda dezinfeksiya işləri aparılıb və qarşıdakı həftənin birinci günü də dezinfeksiya işləri davam edəcək.

17 saylı uşaq bağçası üçün yeni binanın tikilməsi isə vacibdir. Çünki yeni bina tikilməsə, buradakı ilanların kökünü kəsmək mümkün olmayacaq.

Sözügedən məsələyə Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev münasibət bildirib.
Onun sözlərinə görə, Alekseyevka kəndindəki 17 saylı uşaq bağçası-körpələr evində ilanların olması ilə bağlı video son 2-3 aydakı vəziyyəti əks etdirmir:

“Bağçanın ərazisində dezinfeksiya işlərinin və sürünənlərə qarşı digər tədbirlərin aparılmasından sonra ilanlara rast gəlinməyib. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.

“İlan hər yerdə var”, - deyən Rüfət Hacıyev ilanların uşaq bağçısında məskən salmasının səbəbi kimi, binanın köhnə olması məsələsini istisna etməyib. O bildirib ki, bölgədə bu bağçadan da daha qəzalı durumda bağça binaları var və onların hamısı tədricən yenilənəcək.

Konkret olaraq Alekseyevka kəndindəki körpələr evinə yeni bina tikilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edilib-edilməməsinə gəlincə, Rüfət Hacıyev nazirliyin Qubadakı təsərrüfat hesablı tikinti və təchizat idarəsinə müraciət etməyimizi məsləhət gördü.

Həmin idarədən isə sektor müdiri Anar Həmidli bununla bağlı müraciət edə bilməyəcəklərini qeyd edib:

“Regional idarədən soruşun, sifarişçi onlardır”.

Bir sözlə, ilanların yuva saldığı Alekseyevka uşaq bağçasının yenilənib-yenilənməməsi məsələsi hələ də cavabsız qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar