Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa Bakıda LGBT bayrağının ucaldılmasından danışdı

““Landmark Hotel Baku”nun qarşısında LGBT bayrağının ucaldılması barədə nəsə deyə bilmərəm. Çünki bayrağın nə məqsədlə asıldığı haqda, sözün açığı, vizual bilgim yoxdur. Amma bütün hallarda belə qurumların fəaliyyəti Azərbaycanda nəzərdə tutulmursa, bu bayraqlar Azərbaycanın mental dəyərləri ilə uzlaşmırsa, istənilən səfirlik, qurum bunu diqqətə almalı, hörmətlə yanaşmalıdır. Məsələ müvafiq qurumlar tərəfindən araşdırılmalı, dərhal reaksiya verilməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, məsələyə birinci növbədə hüquqi aspektdən yanaşılmalıdır: “Qeydiyyatdan keçmiş belə bir rəsmi təşkilat və onun bu formada bayrağı varmı? Bu bayrağın asılmasının hüquqi zəmini nədir? Bu təşkilat rəsmi fəaliyyət göstərirmi? Rəsmi fəaliyyət göstərməyən təşkilatın bu cür bayraq asması hansı hüquqi əsaslandırma ilə gerçəkləşib? Bunlar araşdırılandan sonra məsələyə münasibət bildirmək daha doğru olar. Nə dərəcədə hüququn imkan verdiyi hüdudlar var ki, belə bir addım atılıb? Çünki hərə başlasa “mentalitetdə bu var, bu yoxdur” davası aparmağa, onda gərək biz qan intiqamını da, erkən nikahı da - hamısını “mentalitet” adı ilə qəbul edək. Yəni hər bir məsələyə əvvəlcə hüquq zəminindən yanaşmalıyıq...”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

HAMAS-a məxsus silah istehsalı zavodu və infrastruktur obyekti sıradan çıxarılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay