Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİT İŞİD-in Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni qruplaşmasını ifşa etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD terror qruplaşmasının Azərbaycanda da təşkilatlanmağa cəhd göstərən yeni strukturunu ifşa edib

Məlumata görə, Diyarbakır Respublika Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İŞİD terror təşkilatının fəaliyyətləri deşifrə edilib, terrorçuların tutulması üçün Vilayət Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsi, Kəşfiyyat və Terrorla Mübarizə İdarəsi, həmçinin MİT-in əməkdaşlığı ilə birgə əməliyyat keçirilib.

Araşdırma zamanı İŞİD terror təşkilatının Türkiyədə “Ahlak ve Sünnet Dergisi” adı ilə yeni bir təşkilat formalaşdırdığı və bu təşkilatın Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada fəaliyyət göstərdiyi müəyyən edilib.

Bildirilir ki, təşkilat üzvləri Türkiyə daxilində baza qazanmaq üçün təbliğat və təşviqat fəaliyyətləri həyata keçiriblər, sonra “Cihad Qrupu”nu yaradıblar. Qruplaşma üzvləri silahlı və hərbi təlimləri Gürcüstanda keçiblər. O da müəyyən edilib ki, hərbi təlim keçən, münaqişə zonalarına göndərilən və aktiv fəaliyyət göstərən terrorçular Suriya və Gürcüstandakı təşkilat üzvlərinə maliyyə dəstəyi veriblər.

Əməliyyatda 74 şübhəli saxlanılıb, çoxlu sayda uzunlüləli ov tüfəngi, tapança, patron və təşkilata aid çoxlu sənəd ələ keçirilib.

Digər şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (oxu.az)

Poliqon.info 


Etiket: İŞİD


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar