Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada aparılan Azərbaycan və Ermənistan danışıqları sülh üçün effektli ola bilərmi?

Mariya Zaxarova bildirdi ki, Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Moskvada keçiriləcək...

Politoloq: “Rusiya tərəfi diplomatik müstəvidə öz fəallığını nümayiş etdirməyə çalışır və ümumi siyasi görüşlərdə hər zaman öncüllüyü ilə seçilir”.

Rusiya tərəfi regionda eskalasiyadan sonra, əsirləmizin həbs olunması, onlara işgəncə verilməsi, eyni zamanda İrəvanda keçirilən Ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza od vurulması və digər insidentlər, eləcə də Laçın ərazində olan atışma, tərəflərin itkilər verməsi fonunda görüşün keçirilməsinin ilk təşəbbüskarı kimi çıxış edir”.

Bu sözləri politoloq İlyas Hüseynov AzərbaycanErmənistan arasında danışıqların növbəti mərhələsinin Moskvada keçirilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirdi ki, AzərbaycanErmənistan arasında danışıqların növbəti mərhələsi Moskvada keçiriləcək.

Ermənistanın törətdiyi son təxribat aktlarından və iki hərbiçimizin həbs edilməsindən sonra Moskva görüşünün keçirilməsini nə qədər real hesab etmək olar? Ümumiyyətlə, Qarabağla bağlı mövqeyi bəlli olan Moskvada aparılan danışıqlar sülh üçün effektli ola bilərmi?

AzərbaycanErmənistan münasibətlərinin son vəziyyətini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Rusiyanın vasitəçiliyi ilə görüşün keçirilməsi ehtimalı yüksəkdir”.

Ermənistanda yayılan məlumatlara görə may ayında Azərbaycanla Ermənistan arasında Vaşinqtonda ali səviyyədə görüşün baş tuta biləcəyini xatırladan politoloq Poliqon-a bildirib ki, bu da yeni bir mənzərəni gündəmə gətirir:

Rusiya tərəfi diplomatik müstəvidə öz fəallığını nümayiş etdirməyə çalışır və ümumi siyasi görüşlərdə hər zaman öncüllüyü ilə seçilir. Məsələn 2021-ci ildə Brüsseldə keçirilməsi nəzərdə tutlan görüşdən öncə Soçidə ali səviyyədə görüş keçirildi. Ardınca 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq daha çox təşəbbüslər Avropa İttifaqı tərəfindən gəldi. Təəssüflər olsun ki, ilin sonunda Fransa Brüssel formatını pozmağa cəhdlər göstərdi və müəyyən mənada buna nail oldu.

Bu ilin əvvəlində Rusiyanın müxtəlif formada yanaşmaları müşahidə olunur. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanda yayılan məlumatlara görə may ayında Azərbaycanla Ermənistan arasında Vaşinqtonda ali səviyyədə görüş baş tuta bilər. Bu da yeni bir mənzərəni gündəmə gətirir. Çünki artıq ABŞ öz hakimliyi çərçivəsində bu görüşü keçirdiyi kimi təqdim edəcək. Təbii ki, bu da Rusiyanın maraqlarına, Cənubi Qafqazda gedən proseslərə, nizamlanma məsələlərinə zidd olan bir yanaşmadır və Kreml bunu məhz elə bu cür təhlil edir.

İlyas Hüseynov: “Çox istərdik ki, bu görüşlər, təmaslar regionda sülhün güclənməsinə xidmət etsin”.

Buna görə də Rusiya tərəfi regionda eskalasiyadan sonra, əsirləmizin həbs olunması, onlara işgəncə verilməsi, eyni zamanda İrəvanda keçirilən Ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza od vurulması və digər insidentlər, eləcə də Laçın ərazində olan atışma, tərəflərin itkilər verməsi fonunda görüşün keçirilməsinin ilk təşəbbüskarı kimi çıxış edir. Aydındır ki, zəmin üzərində olan problemləri daha çox Rusiya izləyir və ondan öz siyasi maraqlarını güdür. Bu da artır heç kəsə sirr deyil.

Rusiyanın vasitəçiliyi ilə görüşün keçirilməsi ehtimalı yüksəkdir. Eyni zamanda Rusiyanın Ermənistana yönəlik çoxsaylı sualları var. Çünki Ermənistan tərəfindən ciddi şəkildə demarş siyasəti Rusiyaya qarşı icra olunur. Eləcə də, NATO-nun hərbi təlimlərində Ermənistanın iştirak etməsi bu gün Rusiyada çox ciddi müzakirələrə səbəb olan mövzudur. Buna görə də bu ümumi diplomatik trekti olan dinamika, intensivlik özünü açıq-aydın şəkildə nümayiş etdirir. Çox istərdik ki, bu görüşlər, təmaslar regionda sülhün güclənməsinə xidmət etsin”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pillədə qərarlaşıb

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Ən çox oxunanalar