Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ beynəlxalq maliyyəçilərə Rusiya ilə bağlı xəbərdalıq edib…

ABŞ Qərb maliyyəçilərinə Moskvanın FTX və QRU-nun köməyi ilə sanksiyalardan yayınmaq cəhdləri barədə xəbərdarlıq edib…

ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın rəsmiləri Rusiyanın Qərb sanksiyalarından yayınmaq cəhdləri barədə onlara məlumat vermək üçün maliyyə institutları ilə görüşlər keçirib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ Maliyyə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmiləri Moskvanın maliyyə və ixrac məhdudiyyətlərindən yan keçmək üçün QRU və FTX resurslarından istifadə etdiyinə dair sübutlar paylaşıblar. Görüş Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun yaz iclasları çərçivəsində baş tutub.

İclasda iştirak edənlər arasında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo, Aİ komissarı Mairead MakQinnes, Böyük Britaniya Xəzinədarlığının Beynəlxalq Maliyyə üzrə baş direktoru Lindsi Uayt, Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen və Milli Kəşfiyyatın direktor müavini Morqan Muir var.

Reuters Agentliyinin mənbəsi qeyd edib ki, maliyyə institutları təkcə Qərb yurisdiksiyalarında deyil, həm də üçüncü ölkələrdə sanksiyalardan yayınma ilə məşğul olmağa hazır olduqlarını bildiriblər. ABŞ Maliyyə Nazirliyində vurğulandığı kimi, rəsmilər Rusiya ordusunun ilk növbədə axtardığı mallar haqqında məlumat paylaşıb və onları əldə etmək üçün xüsusi xidmət orqanlarının resurslarından istifadə edir.

“İndi Rusiyanın yüksək dəqiqlikli raketlər yaratmaq üçün təkcə elektronikaya deyil, həm də döyüş sursatı istehsalı üçün daha sadə komponentlərə ehtiyacı olduğu həlledici məqamdır” deyən Maliyyə Nazirliyinin rəsmisi Moskvanın silah istehsalı üçün lazım olan materialların ciddi çatışmazlığı ilə üzləşdiyini qeyd edib.

Xəbərdə qeyd edilir ki, yaxın vaxtlarda maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri üzrə köməkçisi Elizabet Rozenberq Rusiyaya qarşı sanksiyalardan yayınmağı müzakirə etmək üçün Qazaxıstan və Qırğızıstana ayrı-ayrılıqda səfər edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

Ən çox oxunanalar