Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Qazaxıstan səfəri KTMT missiyasının Ermənistana gəlməsi fonunda diqqət çəkir

Prezident İlham Əliyev aprelin 10-da Qazaxıstana rəsmi səfər etdi...

Prezidentin keçirdiyi görüşlər, imzalanan yeni razılaşmalara görə deyə bilərik ki, səfər məhsuldar oldu. Eyni zamanda ölkə başçısı çıxışı zamanı qeyd etdiyi məqamlar kifayət qədər diqqət çəkdi.

Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərlər etməsi Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə əhəmiyyət verildiyini təsdiq edir. Həmçinin demək olar ki, region dövlətlərinin başçılarının da Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da öz növbəsində ölkəmizə diqqətin artdığının göstəricisidir.

Azərbaycanın tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır. Hər iki ölkə xalqları arasında köklü tarixi, mədəni və dini ortaqlıqlar var. Son illərdə AzərbaycanQazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri həm də iki ölkənin bir-birinə verdiyi önəmin real göstəricisidir.

Qeyd edim ki, ölkə başçısının Qazaxıstan səfəri həm də KTMT missiyasının Ermənistana gəlməsi fonunda diqqət çəkir. Bildiyimiz kimi İrəvan Avropa İttifaqının mülki missiyasının ardınca, indi də KTMT missiyasını ölkəyə dəvət edir. Baş verən hadisələri  nəzərə alsaq demək olar ki, İlham Əliyevin nə Qazaxıstana, nə də bundan öncə Tacikistana səfəri təsadüfi deyil. Yəni Prezidentin Tacikistana və Qazaxıstana səfərinin bir məqsədi də KTMT üzvü olan ölkələr ilə təmasları sıxlaşdırmaqdır.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Bakı və Naxçıvan arasında avtobus reyslərinin sayı artırılır

Bakıda evə basqın olub, polis şübhəli şəxsi zərərsizləşdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay