Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan Rusiyaya qarşı neft embarqosuna riayət edəcək

Hindistan Rusiya neftinin qiymət tavanı il bağlı Qərb sanksiyalarına əməl edəəck…

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata əsasən Hindistan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları, o cümlədən Rusiyadan neftin qiymətinin yuxarı həddi ilə bağlı embarqonu pozmayacaq.

Rəsmi olaraq Hindistan hakimiyyəti anti-Rusiya məhdudiyyətlərini dəstəklədiyini bəyan etməyib, lakin Agentliyin mənbələrindən birinə görə, G-20 sammiti çərçivəsində Dehli ABŞ və digər G7 nümayəndələrinə öz mövqeyini ətraflı izah edib və bu izahat Hindistanın Qərb tərəfdaşlarını qane edib.

Mənbələrdən biri bildirib ki, Hindistan G20-nin son iclasında kluarlarda ABŞ və digər G7 ölkələri ilə vəziyyəti uzun-uzadı müzakirə edib və onlar razılaşmalardan razı görünürlər.

Qeyd edək ki, Hindistan və Çin Ukraynada müharibənin başlamasından və Rusiyadan enerji ticarətinə tətbiq edilən sanksiyalardan sonra Rusiya neftinin ən böyük alıcısına çevrilib.

Yanvarda Telegraph India nəşri Hindistanın Neft və Sənaye Nazirliyindəki mənbələrə istinadən xəbər vermişdi ki, ölkə hakimiyyəti Rusiya yanacağının qiymətinin 60 dollar/bareldən yuxarı qalxacağı təqdirdə onun alışını məhdudlaşdıra bilər.

Mart ayında Reuters Agentliyi Hindistan və Rusiyanın neft sövdələşmələri həyata keçirərkən rus rublu ilə hesablaşmalara keçməyə başladığını bildirmişdi. Agentliyin məlumatına görə, Hindistan neft alışına görə dünyada üçüncü yerdədir və Aİ bazarını itirən Rusiya bu ölkənin əsas təchizatçısına çevrilib. Bildirilib ki, dekabrın 5-də qiymət həddi müəyyən edildikdən sonra hindistanlı tərəfdaşlar Rusiyadan xammalın böyük hissəsini rubl və Əmirliyi dirhəmləri də daxil olmaqla qeyri-dollar valyutası ilə ödəyiblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Rəşad Sadıqov: “Şerif”lə matçdakı məğlubiyyət bizim böyüməyimizə imkan yaradacaq

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Heyvanlara olan maraq aktyorlardan üstündür"- Əməkdar artist

Ən çox oxunanalar