Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın yeni raketi Krım körpüsünü vura biləcək…

Telegram kanalları yeni Ukrayna raketindən yazır. Krım körpüsü yeni raketin uçuş zonasına düşür…

Poliqon.info xəbər verir ki, Rusiyayönlü “Рыбарь” və “Военные хроники” Telegram kanallarının yazdığına görə, Ukrayna Odessa vilayətindən yeni “Qrom-2” raketi ilə Rusiyanın Krımdakı hərbi aviabazasını vura bilər. Telegram kanalları bunu Ukraynanın ilk hədəfi olaraq açıqlayıblar. Ukrayna istehsalı olan yeni raket 500 km-ə qədər radiusda hədəfləri vurmağa qadirdir, bu isə o deməkdir ki, Ukrayna öz ərazisindən, xüsusən də Krım körpüsünü rahatlıqla atəşə tuta bilər.

Krımın Simferopol vilayətində, Rusiya aerodromunun yerləşdiyi Qvardeyskoye kəndi yaxınlığında, hava hücumundan müdafiə qüvvələri şənbə günü Ukrayna raketini yaxalayıb. Raketin partlayış kraterinin fotoşəkillərini çıxış edərək ekspertlər ilk öncə hücumun Sovet Tu-141 pilotsuz uçan aparatından istifadə edilərək həyata keçirildiyini irəli sürüblər.

Raketin yaraddığı krater isə çox böyük, beş metr dərinliyə qədər olub. Rusiyayönlü “Рыбарь” və “Военные хроники” Telegram kanalları bununla bağlı təhlil yazılarında yazırlar ki, bu krateri Ukrayna Silahlı Qüvvələrinin şənbə günü Odessa vilayətinin Tuzla kəndi ərazisindən atəşlədikləri “Qrom-2” raketi yarada bilər. Aradakı məsafı isə 320 kilometrdir. Kanallar belə qənaətə gəlirlər ki, bu, 480 kq döyüş başlığına malik “Qrom-2” raketidir və bu raketin başlığı beş metr dərinlikdə krater yaratmağa qadirdir.

Kanalların məlumatına görə, 2022-ci ilin fevralına qədər Ukrayna “Qrom-2”ni sınaqdan keçirsə də, uğurlu alınmayıb. Rusiya işğalı başlayandan sonra raketin üzərində iş sürətləndirilib.

Hərbi analitiklər hesab edirlər ki, Ukrayna №Qrom-2” kimi 500 km-ə qədər mənzilli raketlər yaratmaq iqtidarındadır, lakin onların hazırda Ukrayna Silahlı Qüvvələrində istifadəyə verilib-verilməməsi barədə məlumat yoxdur.

“Ukraynada belə raketlərin yaradılması üçün zavodlar, inkişaf mərkəzləri və mütəxəssislər var. Məsələn, Xarkovda konstruktor büroları və Dneprdəki “Yujmaş” raketqayırma müəssisəsi var. Düşünürəm ki, Ukraynada indiki şəraitdə SSRİ-də və ya postsovet dövründə işlənmiş hər şeyi bərpa etməyə çalışırlar”, deyə hərbi ekspert Yuri Fedorov “Agentliyə” bildirib.

“500 km mənzilli raketlər yaratmaq üçün iki problemi həll etmək lazımdır: peyklə qarşılıqlı əlaqədə olan istiqamətləndirmə sistemi, eləcə də bərabər yanan bərk yanacaq hazırlamaq. Əgər ikinci problem həll olunmasa, o zaman raket ya partlayacaq, ya da yanlış istiqamətə uçacaq”, deyə Fedorov əlavə edib.

“Bunun Ukrayna üçün həll olunmaz vəzifə olduğunu söyləmək mümkün deyil. Ukrayna yüksək inkişaf etmiş elmi və sənaye ölkəsi idi və belə də qalır. Hazırda Ukrayna Rusiyadan az inkişaf etməyib və bəzi silah kateqoriyalarında daha da inkişaf edib. “Yujmaş” ən yaxşı raket istehsalı müəssisəsi idi. Ona görə də çox güman ki, həmin zavodda belə silahlar hazırlanır”, deyə Fedorov qeyd edib.

OSINT-in analitiki, ABŞ ordusunun veteranı Henri Şlottman qeyd edir ki, “Qrom-2”nin Ukrayna Silahlı Qüvvələrində istifadəyə verilməsinə dair hələlik heç bir sübut yoxdur. Onun fikrincə, Qvardeyski aerodromunun Tu-141 Strizh pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qalma ehtimalı daha yüksəkdir. Buna baxmayaraq, o, deyir ki, Ukraynada Neptun və bəzi növ Harpunlar da daxil olmaqla, 300 km-ə qədər mümkün uçuş məsafəsi olan gəmi əleyhinə raketlər var. Onları yer hədəflərinə qarşı istifadə edilə bilərlər, deyə Şlottman deyir.

Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramlar üzrə direktoru Olqa Oliker “Agentliyə” bildirib ki, onun məlumatına görə, “Qrom-2” proqramı son mərhələyə çatmayıb və silahlar hələ də Ukraynanın arsenalına daxil edilməyib.

“Əlbəttə, Ukraynada bu silahlar olarsa, onlar hərbi əməliyyatlara təsir göstərəcək və həm Ukrayna ərazisində, həm də Rusiya ərazisində Rusiya hərbi qüvvələrinə qarşı istifadə olunacaq”, deyə Oliker bildirib.

Qeyd edək ki. “Qrom-2” operativ-taktiki raket sistemi 2013-cü ildən Ukraynanın “Yujnoye” konstruktor bürosu tərəfindən qeyri-nüvə hücumunun qarşısının alınması üçün “qalxan” yaratmaq vasitəsi kimi hazırlanıb. Kompleksin sınaqlarına 2019-cu ildə başlanılıb. 2022-ci ilin yayında Ukroboronprom layihənin hələ tamamlanmadığını, lakin inkişaf etdiyini bildirib. Ukraynanın müdafiə naziri Aleksey Reznikov bazar ertəsi Liga.net-ə bildirib ki, Ukrayna Silahlı Qüvvələri bu il kompleksdən istifadəyə başlamağı planlaşdırır.

İxrac üçün nəzərdə tutulan OTRK versiyası 280 km-ə qədər məsafəyə malikdir, Ukrayna Silahlı Qüvvələri üçün 500 km-ə qədər zərbə endirməyə qadir olan versiya hazırlanıb.

Ukrayna rəsmiləri bildiriblər ki, “Qrom-2”nin Ukrayna ordusunun arsenalında olması müharibənin nəticəsini həll edə bilər. Ukrayna Silahlı Qüvvələrində 500 km-ə qədər atəş məsafəsi olan belə qurğular və onlar üçün kifayət qədər sayda mərmi olsaydı, heç bir müharibə olmazdı”, deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat , iyul ayında bildirib.

Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko, avqust ayında Ukrayna Silahlı Qüvvələrinin Krım ərazisini atəşə tutmağa başlamasından sonra, “Qrom-2”nin nin Rusiya ordusunu "təəccübləndirə biləcəyini" yazıb və “ildırımın çox gurultulu olacağına” söz verib.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Ən çox oxunanalar