Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QHT sədri Yasəmən Qəyyumlu və müavini İlahə Xudu qızı Şəhid Rauf İbadovun anım günündə iştirak ediblər

"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və sədr müavini "Əsmanur" tədris mərkəzinun direktoru İlahə Xudu qızı Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən, döyüş meydanında öz canlarını vətəninə qurban verən şəhid, Xüsusi təyinatlı baş leytenant Rauf Məhərrəm oğlu İbadovun ailəsini ziyarət ediblər. Ziyarət Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən şəhidin adını daşıyan "Əsmanur" tədris mərkəzindən başlayıb. Sonra şəhidin yaşadığı ünvanda Abşeron rayon Saray qəsəbəsində şəhidin adına inşa olunmuş Su bulğı ziyarət edilib.

Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Millət Vəkili Elman Nəsirov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Azərbaycan Texniki Universitetinin məsul şəxsləri, Qərbi Azərbaycan İcması”nın üzvləri, "Ədalət yolu" qəzetinin əməkdaşları, Şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Çıxış edən rəsmilər tərəfindən ailəyə mənəvi dəstək göstərilib. Şəhid atası Məhərrəm müəllimin oğlu Raufun ömür yolu haqqında qürurlu və cəsarətli cıxışını hər kəs böyük qürur və sevgi ilə qarşılaylb.

Şəhidlərin ölməz hünərindən danışan Birlik sədri Yasəmən Qəyyumlu qələbənin rəmzi olan "Zəfər diplomu" nu şəhidin valideynlərinə təqdim edib.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun!

Fotolar

poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar